Press "Enter" to skip to content

Təhsil naziri Avropa İttifaqının Azərbaycandakı nümayəndəsini qəbul edib

Bayraqdar.info – Təhsil naziri Emin Əmrullayev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, fövqəladə və səlahiyyətli səfir Kestutis Yankauskasla onun ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.

Xəbər bayraqdar.info-ya iyulun 7-də Təhsil Nazirliyindən verilib.

Görüşdə ötən müddət ərzində Azərbaycan və Aİ arasında təhsil sahəsində həyata keçirilən birgə layihələrə dair fikir mübadiləsi aparılıb. E.Əmrullayev təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Mission News Theme by Compete Themes.