Press "Enter" to skip to content

Gəmilərin hərəkəti bərpa olunacaq

Bayraqdar.info – Noyabrın 11-də günün ikinci yarısında küləyin səngiyəcəyi gözlənilir. Həmin vaxtdan “Azərbaycan Xəzər Dəniz Gəmiçliyi” QSC-nin (ASCO) donanmasına daxil olan gəmilər Xəzər akvatoriyasında eyni qaydada fəaliyyətlərini bərpa edəcək.

Bu barədə  xəbər bayraqdar.info-ya noyabrın 11-də ASCO-dan verilib.

“Hava şəraitinin küləkli olduğu təqdirdə isə gəmilərə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi haqqında xəbərdarlıq göndərilir. Bu vaxt küləkli hava nəzərə alınaraq həmin günlər gəmilərin təhlükəsiz sığınacaqlara getməsi təmin olunur”, – deyə qurum bəyan edib.

Mission News Theme by Compete Themes.