Press "Enter" to skip to content

Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatıb

Bayraqdar.info – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin  məlumatına əsasən ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.

Bu barədə Nazirlikdən bayraqdar.info-ya verilən məlumatda bildirilib.

“Küləyin maksimal sürəti Gəncədə 24 m/s, Tovuz, Naftalanda 22 m/s, Nabran, Neftçala, Xaçmazda 20 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 32 m/s, Maştağada 28 m/s, Pirallahı, Qum adasında 25 m/s, Neft Daşları, Binədə 24 m/s, Sumqayıtda 23 m/s, Çilov adasında 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb”,- deyə məlumatda qeyd edilib.

Mission News Theme by Compete Themes.