Bayraqdar.info – Çinin şimal-qərbindəki Şaansi əyalətinin paytaxtı Sian şəhərindən Almaniyanın Mannhaym şəhərinə gedən ilk yük qatarı Qazaxıstanın Aktau limanına çatıb.
Bu barədə bayraqdar.info-ya ASCO-dan məlumat verilib. Məlumatda bildirilir ki, yük qatarındakı konteynerlər buradan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Maestro Niyazi” quru yük gəmisi ilə Hövsan limanına yola salınıb.
ASCO-nun İstismar-kommersiya departamentindən o da bildirilib ki, “Maestro Niyazi” fider gəmisinin mayın 5-də Hövsan limanına çatacağı gözlənilir. Limanda konteynerlər aşırıldıqdan sonra qatar Gürcüstanın Poti limanına yola salınacaq. Sonra isə Qara dəniz vasitəsilə Avropaya çatdırılacaq.





