Press "Enter" to skip to content

Təbrizdə fars-molla rejiminə qarşı kütləvi etiraz – YENİLƏNDİ

Təbriz ayaqdadır

Son yeniləmə: 6 İyun 2022 23:15

Bayraqdar.info – Fars-molla rejiminin idarə etdiyi İranda xalq etirazlarının ərazisi getdikcə genişlənir. Ağır sosial-iqtisadi durumdan və dövlətin naşılığından əziyyət çəkən insanlar əlacı küçələrə çıxıb etiraz etməkdə, İran rəhbərlərinin şəkillərini yandırmaqda görürlər. İnsanlar acdır, İran onu idarə edənlərin təfəkkür yetməzliyi üzündən bərbad bir dövlətə çevrilib. Ona görə də insanlar normal dövlət və doyunca çörək adıyla küçələrə çıxır.

İrandakı mənbələrin verdiyi xəbərə görə, iyunun 6-da belə etiraz aksiyalarından biri də Güney Azərbaycanın başkəndi Təbrizdə başlayıb. Görüntülərdən də bəlli olur ki, xalq onun qarşısını kəsməyə çalışan polisləri belə ayaqlayaraq öz etiraz səsini ucaldır.

Təbrizin ayağa qalxması isə o deməkdir ki, fars-molla rejiminin sonu gəlmişdir. Belə olacağı təqdirdə Güney Azərbaycanın da qurtuluşu uzaqda deyil.

Gələn məlumatlara görə Təbrizdə etirazlar daha kəskinləşib.

Mission News Theme by Compete Themes.