Press "Enter" to skip to content

Biləsuvarda əmək yarmarkası

Yarmarka zamanı

Son yeniləmə: 9 Sentyabr 2022 09:39

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq Filialı və Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Agentliyin Strateji kommunikasiya departamentindən bildirilib.

Verilən məlumata görə, Biləsuvar rayonunda fəaliyyət göstərən 30-a yaxın dövlət müəssisəsi və özəl şirkətin iştirak etdiyi yarmarkada işsiz və işaxtaran şəxslərə 800-dən çox vakansiya təqdim olunub: “Yarmarkada, həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib. İş üçün müraciət edən şəxslərin CV-ləri qəbul edilib, özünüməşğulluq proqramından yararlanmaq istəyən vətəndaşların qeydiyyatı aparılıb”.

Mission News Theme by Compete Themes.