BAYRAQDAR MEDİA – Oktyabrın 10-da gün ərzində Binəqədi qəsəbəsi 1-ci, 2-ci və 3-ü mədən ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Buna səbəb əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə nasos stansiyasında aparılan yenidənqurma işləridir.
Bu barədə BAYRAQDAR MEDİA-ya “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“Nahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, – deyə məlumatda qeyd edilib.





