Press "Enter" to skip to content

Ermənistan hərbi təxribatlarını davam etdirir

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA – Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonları istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub

BAYRAQDAR MEDİA – Ermənistan hərbi təxribatlarını davam etdirir. Belə ki, oktyabrın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı, İstisu, Yuxarı Şorca və Cil yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Əlibayramlı, İstisu və Zəylik, Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Müdafiə Nazirliyinin BAYRAQDAR MEDİA-ya bildirilib ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Mission News Theme by Compete Themes.