BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin Moldova Baş naziri ilə təkbətək görüşü olub.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, İ.Əliyev Azərbaycanda səfərdə olan Moldova Baş naziri Nataliya Qavrilitsa ilə təkbətək görüşüb.
Prezident qonaqla görüşdə iki ölkə arasında formalaşmış münasibətlər haqqında danışıb. O, öndəki illərdə bu münasibətləri daha da genişləndirməyin zərurətini qeyd edib.
Moldova Baş naziri də öz növbəsində ikitərəfli münasibətlərin inkişafından danışıb. O, ölkəsinin Prezidenti Maya Sandunun İ.Əliyevi Moldovaya dəvətini də Azərbaycanın dövlət başçısına çatdırıb.





