BAYRAQDAR MEDİA – Qırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “Sarsılmaz qardaşlıq-2022” adlı təliminə qatılmayacaq.
Kırım Haber Ajansının xəbərinə görə, Qırğızıstan Müdafiə Nazirliyi bununla bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, “Sarsılmaz qardaşlıq 2022” adlı təlim 10-14 oktyabr 2022-ci il tarixləri arasında Edelveys poliqonunda keçiriləcək.





