Press "Enter" to skip to content

Hasan Topaloğluna Bosniya və Herseqovina vətəndaşlığı

Hasan Topaloğlu

BAYRAQDAR MEDİA – Sarayevo Təhsilin İnkişafı Fondunun (SEDEF), həmçinin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə – Bosniya və Herseqovina İş Şurasının sədri Hasan Topaloğluna Bosniya və Herseqovina Nazirlər Şurası tərəfindən vətəndaşlıq verilib.

Bu barədə Balkan News məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Bosniya və Herseqovina Federasiyası Hökuməti 17 mart tarixli iclasında Beynəlxalq Sarayevo Universitetinin (IUS) qurucularından biri olan və eyni zamanda Bosniya və Herseqovinanın Kocaeli fəxri konsulu vəzifəsini icra edən H.Topaloğluna vətəndaşlıq verilməsini təklif edib. Qərarda H.Topaloğlunun xüsusilə təhsil sahəsində dövlətə xeyir verən bir şəxs olduğuna diqqət çəkilib.

Məlumatda daha sonra bildirilir: “Evra Qrupun sədri H.Topaloğlu 1965-ci ildə Trabzonda anadan olub. 2004-cü ildə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda açılan və bu gün ölkənin ən yaxşı vəqf universiteti olan Beynəlxalq Sarayevo Universitetinin qurucuları arasında olan H.Topaloğlu, təhsil sahəsində iki ölkə arasında qurulan güclü körpülərin meydana gəlməsinə əhəmiyyətli töhfə verib. 2020-ci ildən Bosniya və Herseqovinanın Kocaeli fəxri konsulu vəzifəsini də icra edən H.Topaloğlu evlidir və iki övladı var”.

Mission News Theme by Compete Themes.