BAYRAQDAR MEDİA – Krım tatarı Murat Süleymanov Ukrayna Müsəlmanları Dini İdarəsinin “Ümmə” (Ümmət) müftisi seçilib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, M.Süleymanov Ukrayna Müsəlmanları Dini İdarəsinin müftisi vəzifəsində keçmiş müfti Səid İsmayılovu əvəzləyərək. S.İsmayılov açıqlamasında bildirib ki, M.Süleymanov Ukraynanın ən savadlı müsəlman din xadimlərindən biridir.
Qeyd edilib ki, 32 yaşlı Krım tatarı Murat Süleymanov uşaqlıqdan İslam təhsili alıb: “2008-ci ildə bütün Quranı əzbər öyrənib və hafizlik məktəbini bitirib. 2013-cü ildə Yəmən Universitetini bitirib. Süleymanov 2015-ci ildən Lvov müftisi vəzifəsində çalışır. 2016-cı ildə “Ümmət” (Ümmət) Ukrayna Müsəlmanları Dini İdarəsinin müfti müavini vəzifəsinə təyin edilib”.





