Press "Enter" to skip to content

Payız tətilinin tarixləri bəlli oldu

BAYRAQDAR MEDİA – Noyabrın 16-dan 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, payız tətili noyabrın 16-dan 20-dək olan günləri əhatə edir: “Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir. Payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib”.

Mission News Theme by Compete Themes.