Press "Enter" to skip to content

Bu, törədilən cinayәtin dövlәt terroru olduğunu açıq göstәrmәkdәdir

Dr. Məmmədrıza Heyət

Dr. Məmmədrıza Heyət: Terror hücumunu gerçәklәşdirәn dә, ona yön verәn dә, hadisәni bir ailə mәsәlәsi sәviyyәsinә düşürmәyә çalışan da, hadisә sonrası lağ edәrcәsinә qatili bir qәhrәmanmış kimi ekranlara çıxaran da mәhz İran rejiminin özüdür

BAYRAQDAR MEDİA – “27 yanvar 2023 tarixi, Azәrbaycan-İran əlaqələrində utancverici bir gün olaraq daim xatırlanacaqdır. Bu tarix, quzeyli-güneyli azәrbaycanlıların fars molla rejiminә qarşı zatәn mәnfi olan baxışını әbәdi nifrәtә çevirәn bir gün oldu”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamaısnda Güney Azərbaycan Keçici Milli Məclisinin üzvü, Təbriz Araşdırmaları Mərkəzinin rəhbəri Dr. Məmmədrıza Heyət deyib.

O, “Azәrbaycanın Tehrandakı sәfirliyinә yönәlik terror hücumu, dünyanın digәr ölkәlәrindә baş verәn bәnzәr hadisәlәrdәn hәm mahiyyәt, hәm dә törədildiyi ərazi və reallaşdırma forması etibarı ilә fәrqlidir. Bu hadisә ona görә fәrqlәnir ki, terror hücumunu gerçәklәşdirәn dә, ona yön verәn dә, hadisәni bir ailə mәsәlәsi sәviyyәsinә düşürmәyә çalışan da, hadisә sonrası lağ edәrcәsinә qatili bir qәhrәmanmış kimi ekranlara çıxaran da mәhz İran rejiminin özüdür” deyə əlavə edib.

Dr. Məmmədrıza Heyətin sözlərinə görə, hadisә sonrası ortaya çıxan ekran görüntülәri açıqca göstәrdi ki, terror hücumu bütün incәliklәri ilә öncәdәn planlanmış vә hadisәnin baş vermәsi üçün hәr cür şәrait hazırlanmışdır: “Sәfirliyi qorumaqla məsul olan İran polisinin yarım saatlıq bir müddәt boyunca ortalıqda görünmәmәsi, orda olduğu anda belә heç bir müdaxilә etmәmәsi bu hücumun vә törədilən cinayәtin dövlәt terroru olduğunu açıq göstәrmәkdәdir. Elә buna görә dә cәnab Prezident İlham Әliyev ilk bәyanatında hadisәni bir terror aktı olaraq dәyәrlәndirdiyini açıqladı vә sonrakı gәlişmәlәr onun nә qәdәr haqlı olduğunu sübut etdi”.

Bu hücumun sәbәblәrinә gәlincә, müsahibimiz deyib ki, əslindә, İranın son 30 ildә Azәrbaycan әleyhinә yürütdüyü siyasәtә baxdığımızda belә bir alçaqlıq gözlәnilirdi: “Hәqiqәt bundan ibarәtdir ki, İran rejiminin əli azәrbaycanlıların qanına ilk dәfә bulaşmır. Bundan öncә dә Ermәnistana göndәrdiyi hәrbi dәstәk, ermәni tanklarına tәmin etdiyi yanacaq, ermәni hәrbçilәrinә verdiyi hәrbi tәlimlәr vә s. yollarla dolayı vә birbaşa olaraq azәrbaycanlı әsgәrlәrin şәhid olmasında, ya da yaralanmasında iştirak edib. İran rejimi 2 il öncә, yәni Qarabağ Zәfәrindәn öncәki dönәmә qәdәr Ermәnistanı hәr baxımdan bәslәmәk surәti ilә zәnnincә Azәrbaycanı zәyiflәtmәyә vә Qarabağ işğalını normallaşdırmağa çalışırdı. Ancaq Azәrbaycanın böyük zәfәri İran rejiminin bütün xәyallarını suya düşürdü vә inanılmaz bir şok etkisi yaratdı. Elә bir şok ki, üstündәn iki ildәn çox keçmәsinә baxmayaraq İran hәlә özünә gәlә bilmәyib vә dәli-divanә kimi başını divarlara çırparaq özünü tәsәlli etmәyә çalışır”.

Müsahibimizin sözlərinə görə, ilk baxışda belә nәzәrә gәlir ki, sәfirliyimizә edilәn hücum Azәrbaycanı qorxutmaq üçündür: “Ancaq hәqiqәt budur ki, İran öz qorxusundan bu kimi cinayәtlәrә, xiyanәtlәrә vә siyasi sәhvlәrә yol verir. Bu yanlışlar bundan sonra da davam edәcәkdir. Necә ki, bu hadisәdәn bir gün sonra Güney Azәrbaycanın Xoy şәhәrindә baş verәn zәlzәlәdә evindәn-yurdundan mәhrum olan, qışın soyuğunda ac-susuz dışarıda qalan vәtәndaşlarımıza da düşmәncә bir münasibәtlә yanaşmaqdadır. Zәlzәlә kimi tәbbi fәlakәtlәr üçün nәzәrdә tutulan büdcәni mәsuliyyәtsiz bir şәkildә güya mәzhәbi mәkanlara, әslindә rejimin özünә xәrclәyәn dövlәt mәqamları, nә yazıq ki, Türkiyә vә Azәrbaycanın yardım tәkliflәrini dә rәdd edәrәk, xalqımızın daha çox zәrәr görmәsi, daha çox әziyyәt çәkmәsi üçün әllәrindәn gәlәni әsirgәmirlәr. Xoydan aldığımız xәbәrlәr göstәrir ki, İran rejiminin bu laqeydliyi qarşısında qeyrәtli xalqımız Güney Azәrbaycanın müxtәlif şәhәrlәrindәn çoxlu miqdarda yardım yığaraq Xoya aparıb, ehtiyacı olanlara dağıdırlar. Ancaq üzülәrәk demәliyәm ki, İran rejimi bu yardımların çatdırılmasına da böyük maneәlәr törәdir vә yaxaladığı tәqdirdә onlara әl qoyur”.

Mission News Theme by Compete Themes.