Press "Enter" to skip to content

Londonda Güney Azərbaycanlılar üçün yardım kampaniyası

Savaş Mərəndli: Bu ağır iqtisadi vəziyyətdə Xoy və onun ətraf kəndlərində yaşayan soydaşlarımızı tək qoymayaq

BAYARQDAR MEDİA – Məlum olduğu kimi, Güney Azərbaycanın Xoy şəhəri və bölgəsi ardıcıl zəlzələyə məruz qalır. Yanvarın 18, 26, 28, və 29-da baş vermiş zəlzələlər Xoy şəhərində və ətraf kəndlərində çox sayda maddi və insan tələfatı ilə nəticələnib. Xüsusən də Ayoğlu, Firorğ, Pasak, Var, Bədəlan, Ağdaş, Qaratəpə, Qörüq, Abatı kimi kəndlərə ciddi ziyan dəyib. Yanvarın 28-də böyük zəlzələdən iki saat sonra yağan qar və soyuq hava qurbanların iztirablarını daha da artırıb.

O da bəllidir ki, İran rejimi Xoydakı azərbaycanlılara heç bir dəstək vermir. Bunu nəzərə alaraq Avropada, xüsusilə də Böyük Britaniyada Xoyda zəlzələdən zərər çəkmiş Güney Azərbaycanlılara yardım kampaniyasına başlanılıb.

Kampaniya çərçivəsində Güney Azərbaycanlılarının Londonda təmsilçiləri – Savaş Mərəndli və Kamran Əzizi vasitəsilə toplanan maliyyə vəsaiti etibarlı mənbə və qurum tərəfindən vətəndaşlar arasında bölüşdürüləcək.

Bu barədə BAYRADAR MEDİA-ya fevralın 2-də Savaş Mərəndli məlumat verib.

Onun sözlərinə görə, toplanacaq maliyyə yardımı ərzaq və gigiyena paketləri, yorğan-döşək və istilik sistemlərinin alınmasına yönəldiləcək: “Üstəlik, kifayət qədər vəsait toplanarsa, zədələnmiş ev təsərrüfatlarının təmirinə yönəldiləcək. Mən burdan bütün soydaşlarımıza müraciət edərək deyirəm: Bu ağır iqtisadi vəziyyətdə Xoy və onun ətraf kəndlərində yaşayan soydaşlarımızı tək qoymayın. Yaxşı bir işə dəstək olmaqda bizə qoşulmaq istəyirsinizmi? Biz bunun üçün pul toplayırıq. Hər bir kəs məbləğindən asılı olmayaraq öz dəstəyini göstərə bilər”.

S.Mərəndli deyir ki, “dəstək verəcək hər bir kəsə qabaqcadan təşəkkür edirik”. O, dəstək vermək istəyənlər üçün bank hesabını da elan edib:

HALIFAX
Account Holder: Kamran Azizi
ACCOUNT NUMBER: 00103497
SORT CODE: 11-05-00
PLEASE USE: “EARTHQUAKE DONATION”

Mission News Theme by Compete Themes.