Press "Enter" to skip to content

Qazaxıstanda Çinlə razılaşmaya etiraz

BAYRAQDAR MEDİA – Qazaxıstanın qanun layihəsinin ictimai müzakirə portalı Qazaxıstan və Çin hökumətləri arasında qarşılıqlı vizadan azad edilməsi haqqında saziş layihəsini dərc edib.

Kırım Haber Ajansının məlumatına görə, müqavilə Qazaxıstan vətəndaşları üçün Çinə, Çin vətəndaşları üçün isə Qazaxıstana vizasız girişi təmin etmək məqsədi daşıyır: “Qazax türkləri çinlilərin bu anlaşma ilə ölkəyə axışmağa başlayacağından ehtiyat edərək bu müqaviləyə etiraz ediblər”.

Sazişin 2023-cü il mayın 18-19-da Qazaxıstan prezidenti Qasım-Jomart Toqayevin Çinə səfəri zamanı imzalanması gözlənilir.

Mission News Theme by Compete Themes.