Press "Enter" to skip to content

70 yaşlı şəxs göz əməliyyatı olunub, 100 görmə əldə edilib

70 yaşlı şəxs göz əməliyyatı olunub, 100 görmə əldə edilib

BAYRAQDAR MEDİA – Kliniki Tibbi Mərkəzdə (KTM) Katarakta və digər ön seqment əməliyyatlarının icrasına başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTM-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “KTM-də ilk dəfə kiçik kəsikdən fakoemulsifikasiya cərrahiyyəsi uğurla icra olunub. 70 yaşlı kişi pasiyent az görmə şikayəti ilə KTM-ə müraciət edib. Xəstənin hər iki gözündə az görmə psevdoeksolyativ material dar pupil ağırlaşmış nüvə kataraktı diaqnozu qoyularaq əməliyyata hazırlanıb. KTM-in həkimi oftalmoloq-cərrah Gülnar Sultanova tərəfindən icra edilən əməliyyat zamanı ən müasir avadanlıqlardan istifadə edilib. Bosch and Lomb fakoemulsifiyer cihazı ilə Leica M822 mikroskopu altında icra olunan əməliyyat uğurla başa çatdırılıb. Xəstəyə ABŞ istehsalı olan Alcon göziçi linza implantasiya olunub və o, tam sağalma ilə evə buraxılıb”.

Qeyd edək ki, artıq KTM-də icrasına başlanılan Katarakta və digər ön seqment əməliyyatları icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyata keçirilir.

Əməliyyat zamanı istifadə edilən Bausch + Lomb fako cihazı (fakoemulsifikasiya cihazı) oftalmologiyada katarakta əməliyyatları üçün istifadə olunan qabaqcıl cərrahi avadanlıqdır. Bu cihaz gözün içindəki bulanmış təbii büllurun (linzanın) ultrasəs dalğaları vasitəsilə maye halına salınıb çəkilməsi üçün istifadə olunur. Leica M822 isə oftalmoloji əməliyyatlar, xüsusilə də katarakta və vitreoretinal cərrahiyyə üçün nəzərdə tutulmuş yüksək keyfiyyətli cərrahi mikroskopdur.

Mission News Theme by Compete Themes.