Press "Enter" to skip to content

Biz gələcəyi birlikdə və qətiyyətlə quracağıq

Gökhan Güler

Gökhan Güler: Kıbrıs türk xalqının türk dövlətlərinə və xalqlarına duyduğu inam və qardaşlıq heç vaxt azalmayıb

BAYRAQDAR MEDİA – “Bizim ən böyük gücümüz türk dünyasının birliyi, bərabərliyi və həmrəyliyidir”.

BAYRAQDAR MEDİA xəbər verir ki, bunu Kuzey Kıbrıs TRürk Cümhuriyyəti Cumhurbaşkanı Özel Danışmanı Gökhan Güler Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığının təşkilatçılığı ilə Bakıda keçirilən “Dildə, fikirdə, əməldə birlik – Türk dünyasının gələcəyi” mövzusunda panel iclasındakı çıxışında deyib.

Çıxışında KKTC-yə gösətərilən dəstəyə görə, Azərbaycana və şəxsən Prezident İlham Əliyevə təşəkkür edən G.Güler Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsinin türk dünyasının birlik və həmrəylik simvoluna çevrildiyini bildirib.

G.Güler, həmçinin “Qarabağ zəfəri bir araya gəlib həmrəyliyimizi göstərdikdə nələrə nail ola biləcəyimizin ən son nümunəsidir. Kıbrıs türk xalqı türk dünyasından Qarabağ zəfərində olduğu kimi KKTC üçün də dəstək və həmrəylik göstərilməsini istəyir” deyib.

Orta Asiya türk dövlətlərinin Güney Kıbrıs Rum Administrasiyası ilə bağlı addımına da toxunan G.Güler bunun Kıbrıs türk xalqını çox üzdüyünü qeyd edib: “Bununla belə, Kıbrıs türk xalqının türk dövlətlərinə və xalqlarına duyduğu inam və qardaşlıq heç vaxt azalmayıb. Biz gələcəyi birlikdə və qətiyyətlə quracağıq”.

G.Gülər Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayevin “KKTC-də nümayəndəlik aça bilərik” kimi açıqlamalar verdiyini xatırladıb və Qırğızıstana təşəkkür edib.

Mission News Theme by Compete Themes.