Press "Enter" to skip to content

İstanbulda keçirilmiş gənclər arasında Avropa Kuboku yekunlaşıb

İstanbulda keçirilmiş gənclər arasında Avropa Kuboku yekunlaşıb

BAYRAQDAR MEDİA – Türkiyənin İstanbul şəhərində keçirilmiş gənclər arasında Avropa Kuboku başa çatıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “yarışın ikinci günündə Azərbaycan cüdoçuları daha 4 medal qazanıblar. -90 kq çəki dərəcəsində çıxış edən Aslan Kotsoyev keçirdiyi 5 görüşün hamısında qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Finalda Azərbaycan cüdoçusu Qazaxıstan təmsilçisi Qleb Azarova qalib gəlib. Mehdi Abbasov (-81 kq), Ramazan Əhmədov (+100 kq) və Xədicə Qədəşova (-52 kq) isə bürünc medal əldə ediblər”.

Qeyd edək ki, yarışın ilk günündə Nizami İmanov (-66 kq) qızıl, Nihad MəmişovFərid Qarayev (hər ikisi -60 kq) isə bürünc medala sahib olublar.

Ümumilikdə, Azərbaycan yığması İstanbul Avropa Kubokunu 2 qızıl və 5 bürünc medalla başa vuraraq 31 ölkə arasında ümumi komanda hesabında 4-cü, kişilər arasında isə 2-ci yeri tutub.

Mission News Theme by Compete Themes.