BAYRAQDAR MEDİA – Pamukkale Universiteti (PAÜ) Denizli Sağlıq Xidmətləri Meslek Yüksəkokulu (DSHMYO) tələbələri nəsillərarası bağları gücləndirmək məqsədilə Babadağ Huzurevinin sakinləri ilə görüşüb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, “Gönüllülük Çalışmaları” dərsi çərçivəsində təşkil edilən tədbirdə gənclərlə yaşlılar arasında duyğulu anlar yaşanıb: “PAÜ DSHMYO və “Gələcəyə Yön Verənlər: Uşaq və Gənclik Topluluğu”nun birgə təşkil etdiyi ziyarət Babadağ Huzurevi Yaşlı Baxımı və Reabilitasiya Mərkəzində keçirilib. “Çinarların Kölgəsində: Könüldən Könülə Bir Gün” adlı layihəyə DSHMYO akademikləri Dr. Öğr. Üzvü Selma Vuruşaner, Öğr. Gör. Dilek Uludağ Kodal və Yaşlı Baxımı Proqramından Öğr. Gör. Şərəf Duhan Altuğ rəhbərlik edib. Layihə yaşlı insanların sosial həyata fəal qatılımını dəstəkləməyi, eyni zamanda gənclərin empati bacarıqlarını artırmağı məqsəd qoyub”.
Məlumatda deyilir ki, tədbir müddətində huzurevi sakinləri və tələbələr fiziki və zehni fəaliyyəti dəstəkləyən balans hərəkətlərini birlikdə yerinə yetiriblər: “Musiqi müşayiəti ilə keçirilən fəaliyyətlər, yarışmalar və qrup oyunları huzurevində rəngarəng görüntülər yaradıb”.





