Press "Enter" to skip to content

Dövriyyə 27 faizdən çox artıb

NKA aparatı

BAYRAQDAR MEDİA – Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 1 may 2026-cı il tarixə MR-də qeydiyyatda olan onlayn NKA-ların sayı 3.308 ədəd olub.

Bu barədə Dövlət Vergi Xidmətinin məlumatında qeyd edilib.

Bildirilib ki, yeni nəsil NKA-lardan istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2026-cı ilin yanvar – aprel aylarında Naxçıvanda belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 182,2 milyon manata yaxın olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 38,8 milyon manat və ya 27,1 faiz çoxdur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.