BAYRAQDAR MEDİA – Ardahan Universitetinin Sürekli Təhsil Mərkəzi tərəfindən təşkil olunan sertifikatlı arıçılıq təlim proqramı uğurla yekunlaşıb. 72 saat davam edən proqram çərçivəsində iştirakçılar arıçılığın nəzəri və praktik tərəflərini öyrəniblər.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, təlimlər həftədə üç gün keçirilib: “Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Tədbirdə universitetin rektoru Prof. Dr. Öztürk Emiroğlu da iştirak edib. O, Ardahanın arıçılıq üçün böyük potensiala malik olduğunu vurğulayıb və bu sahədə maarifləndirmənin əhəmiyyətindən danışıb”.






İlk şərhi yaza bilərsiniz