BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Bakı Metropoliteni” QSC ilə əməkdaşlığı çərçivəsində əhalinin sıx istifadə etdiyi metro stansiyalarında “Erkən kəsimə son” adlı maarifləndirici kampaniyası ilə bağlı sosial çarx yerləşdirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “metronun “Sahil”, “İçərişəhər”, “28 May”, “Elmlər Akademiyası”, “Xətai” və “Nizami” stansiyalarında nümayiş olunan posterlərdə xüsusilə körpə və dişi quzuların 3–5 aylıq dövrdə kəsilməsinin yaratdığı mənfi nəticələr ictimaiyyətin diqqətinə çatdırılır. Kampaniyanın əsas məqsədi heyvandarlıqda davamlılığın qorunması, məhsuldarlığın artırılması və erkən kəsimin qarşısının alınması istiqamətində maarifləndirməni gücləndirməkdir”.
Qeyd edək ki, indiyədək təşəbbüsə millət vəkilləri, ictimai xadimlər və tanınmış blogerlər də qoşularaq kampaniyaya dəstək verib, quzuların erkən kəsiminin qarşısının alınmasının vacibliyini ictimaiyyətə çatdırıblar.






İlk şərhi yaza bilərsiniz