Press "Enter" to skip to content

Nazir müavini Kürdəmirdə təsərrüfatlara baş çəkib

Nazir müavini Kürdəmirdə təsərrüfatlara baş çəkib

BAYRAQDAR MEDİA – Kənd Təsərrüfatı Nazirliyinin (KTN) vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Kürdəmir, Ağsu, Göyçay və Goranboy rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qəbulda vətəndaşların müraciətləri əsasən subsidiya ödənişləri, texnika ilə təmin olunma, əkinlərin sığortalanması, tinglərin sertifikatlaşdırılması və digər məsələlərlə bağlı olub. O, hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib”.

Sonra xəbərdə, “daha sonra S.Səfərli rayonun Sor-sor kəndində fermer Mirtalıb Mahmudova məxsus pambıq sahəsi və “Balakən Toxum” MMC-yə məxsus taxıl sahəsinə baxış keçirib, təsərrüfat rəhbərləri ilə görüşüb. Görüşlərdə pambıqçılıq sahəsində innovativ becərmə və müasir suvarma texnologiyalarının, qabaqcıl təcrübələrin tətbiqinin genişləndirilməsi, əkin sahələrində yeni aqrotexniki qulluq qaydalarının tətbiqinin zəruriliyi, aqrar sahənin inkişafı istiqamətində dövlət tərəfindən görülən stimullaşdırıcı tədbirlər və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.