Son yeniləmə: 20 May 2026
BAYRAQDAR MEDİA – Yozgat Bozok Universitetinin rektoru Prof. Dr. Evren Yaşar “Əl cərrahiyyəsində süni intellekt” mövzusunda keçirilən elmi toplantıya qatılıb. Tədbir Türk Əl və Üst Ətraf Cərrahiyyəsi Dərnəyi tərəfindən təşkil olunub və Sivas Cümhuriyyət Universitetində baş tutub.
Universitetin məlumatıa əsasən, proqramda süni intellekt texnologiyalarının əl cərrahiyyəsində istifadəsi və gələcək perspektivləri müzakirə olunub: “İlk sessiyada süni intellektin mikrocerrahiyyə, travmatologiya və reabilitasiya sahələrində tətbiqi barədə təqdimatlar edilib. Daha sonra “Klinik qərarlarda süni intellektəmi, həkiməmi güvənməliyik?” mövzusunda panel keçirilib”. Rektor Evren Yaşar bildirib ki, süni intellekt səhiyyədə keyfiyyətin artırılmasına mühüm töhfə verir. O vurğulayıb ki, bu texnologiyalar həkimləri əvəz etmək üçün deyil, onların işini dəstəkləmək məqsədi daşıyır.






İlk şərhi yaza bilərsiniz