BAYRAQDAR MEDİA – Azərbaycan Hava Yolları (AZAL) Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında davam edən əlverişsiz hava şəraiti səbəbindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları yenidən təxirə salıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AZAL-ın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “sərnişinlərin təhlükəsizliyi əsas götürülərək bütün zəruri tədbirlər görülür. Hava şəraiti sabitləşdikdən sonra reyslərin əvvəlki qaydada icrasına davam ediləcək”.






İlk şərhi yaza bilərsiniz