BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Türkiyənin Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Ankara şəhərində keçirilən “Türkiyə-Azərbaycan-Gürcüstan SAR Təlimi-2026” təlimində iştirak edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “təlimin əsas məqsədi dost ölkələrin axtarış-xilasetmə bölmələri və şəxsi heyəti arasında birgə işləmək vərdişlərini artırmaq, qarşılıqlı təcrübə mübadiləsini təşkil etmək və axtarış-xilasetmə sahəsində ən müasir yanaşmalarla tanışlıq olub. Təlim zamanı şərti olaraq zəlzələ baş vermiş ərazidə dağıntılar altında qalmış “zərərçəkmişlərin” axtarışı və xilasetmə işlərinin təşkili əməliyyatı yerinə yetirilib”.
Uğurla keçən təlimin sonunda FHN-in xilasedicilərinə təşkilatçılar tərəfindən müvafiq sertifikatlar təqdim olunub.






İlk şərhi yaza bilərsiniz