BAYRAQDAR MEDİA – Ardahan Universitetinin ev sahibliyi ilə “Çölyakı fərq et!” adlı maarifləndirici panel təşkil olunub.
Tədbir Çölyak Xəstəliyi Maarifləndirmə Həftəsi çərçivəsində müxtəlif dövlət qurumları və Çölyak Vəqfinin əməkdaşlığı ilə baş tutub.
Paneldə xəstəliyin tibbi, iqtisadi və psixoloji tərəfləri mütəxəssislər tərəfindən müzakirə olunub.
Universitetin rektoru Prof. Dr. Öztürk Emiroğlu və vəqf rəhbəri Elif Bal Beşikçi açılış nitqi ilə çıxış ediblər.
Daha sonra çölyak xəstəliyinin diaqnostikası, qidalanma qaydaları və psixoloji təsirləri ilə bağlı təqdimatlar edilib. Tədbirdə musiqili proqram da təşkil olunub.
Panelin sonunda iştirakçılara təşəkkür sənədləri təqdim edilib və “Qlütensiz həyat” mövzusunda sərgi açılıb.






İlk şərhi yaza bilərsiniz