Press "Enter" to skip to content

Iğdır bazarlarında Naxçıvan yarpağı bolluğu

Üzüm yarpağı

BAYRAQDAR MEDİA – Türkiyənin üç ölkə ilə sərhədi olan yeganə vilayəti Iğdırda üzüm yarpağı mövsümü başlayıb. Qardaş Naxçıvan Muxtar Respublikasıdan gətirilən təzə üzüm yarpaqları bazarlarda satışa çıxarılıb və alıcıların böyük marağına səbəb olub.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumata görə, Naxçıvan bağlarından toplanan tumlu və tumsuz yarpaqlar keyfiyyətindən asılı olaraq 150-200 lirə arasında satılır: “İncə, damarsız və turşməzə dadı ilə seçilən bu yarpaqlar dolma hazırlanması üçün ideal hesab olunur. Həm gündəlik istifadə, həm də qış üçün duzlama etmək istəyən sakinlər bazarlarda sıxlıq yaradır. Yerli satıcılar yarpaq mövsümünün başlaması ilə bazarlarda canlanmanın artdığını bildirirlər. Sakinlər isə qiymətlərin bazar şərtlərinə uyğun olduğunu qeyd edərək bu ənənəvi məhsula marağın davam etdiyini vurğulayırlar”. Naxçıvandan gələn məhsulların sərhəd ticarətinə və bölgə mətbəxinə mühüm töhfə verdiyi bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.