BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov “İstanbul Təbii Sərvətlər Zirvəsi” çərçivəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və Moldovanın energetika naziri Dorin Junqietu ilə görüşlər keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “A.Bayraktarla görüşdə iki qardaş ölkə arasında strateji enerji tərəfdaşlığının yeni layihələrlə genişlənməsindən məmnunluq ifadə edilib. Neft-qaz sahəsində Bakı-Tbilisi-Ceyhan və TANAP kimi layihələrin enerji təhlükəsizliyinə töhfələri qeyd edilib. Azərbaycan-Türkiyə bu uğurlu enerji birliyinin elektrik enerjisi sahəsində də gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda elektrik enerjisinin Azərbaycandan Naxçıvan və Gürcüstan üzərindən, həmçinin Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiyadan Türkiyə və Avropaya ötürülməsini nəzərdə tutan layihələrin icrası ilə bağlı müzakirələr aparılıb. Bu yaxınlarda “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi arasında binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması enerji əlaqələrinin genişlənməsinin göstəricisi kimi qiymətləndirilib. Söhbət zamanı A.Bayraktar “Bakı Enerji Həftəsi”ndə iştirak edəcəyini bildirib”.
D.Junqietu ilə görüşdə isə müasir enerji reallıqlarında qaz təchizatının sabitliyinin təmin olunmasında boru kəmərlərinin əhəmiyyəti vurğulanıb. Hər iki ölkədə energetika sektorunda aparılan islahatlara toxunulub, müxtəlif istiqamətlər üzrə enerji əməkdaşlığının inkişafı üçün imkanlar dəyərləndirilib. Moldovalı nazir də “Bakı Enerji Həftəsi”ndə iştirakını təsdiqləyib.






İlk şərhi yaza bilərsiniz