BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyində (SXA) Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri A.İskəndərov və Nümayəndəliyin əməkdaşları ilə görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “görüşdə həssas miqrantlar, readmissiya və repatriasiya olunmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub. Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov SXA-nın fəaliyyət istiqamətləri, eləcə də readmissiya və repatriasiya sahələrində görülən işlər barədə məlumat verib. A.İskəndərov sözügedən istiqamətlər üzrə SXA ilə BMqT-nin Azərbaycandakı Nümayəndəliyi arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb”.
Tərəflər arasında bu kateqoriyadan olan şəxslərin ehtiyaclarının qiymətləndirilməsi, onlara göstərilən sosial-psixoloji dəstəyin və reinteqrasiya tədbirlərinin təkmilləşdirilməsi, həmçinin zərərçəkmiş şəxslərlə iş sahəsində institusional potensialın artırılması istiqamətində birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb.






İlk şərhi yaza bilərsiniz