Press "Enter" to skip to content

Zəngilanda növbəti əmək yarmarkası olacaq

BAYRAQDAR MEDİA- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Zəngilan rayonunun Ağalı kəndində növbəti əmək yarmarkası keçirəcək.

Bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə, aktiv məşğulluq tədbiri iyulun 9-u saat 11:30-da “Ağalı” hotelində təşkil olunacaq.

Tədbirdə işaxtaran şəxslərə 18 müəssisə tərəfindən elektrik qaz qaynaqçısı, mexanik, çilingər-santexnik, mühəndis, kənd təsərrüfatı texnikaları üzrə mütəxəssis, satıcı-kassir, hüquqşünas, informasiya texnalogiyaları üzrə mütəxəssis, satınalma üzrə mütəxəssis, qaz paylayıcı stansiyanın operatoru, aşpaz, bağban, gözətçi, traktorçu, anbardar, sürücü və s. peşə istiqamətləri üzrə 80-dən çox vakansiya təqdim ediləcək.

Yarmarkaya gələn şəxslərə Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları və layihələr barədə də ətraflı məlumatlar veriləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.