BAYRAQDAR MEDİA – Yakın Doğu Universitetinin tibb fakültəsində təhsil alan 24 tələbə yay aylarında 24 müxtəlif ölkədə klinik təhsil və elmi araşdırma proqramlarına qatılaraq KKTC-ni beynəlxalq platformada təmsil edib.
Bu barədə universitetdən məlumat verilib.
Tələbələr Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasının (IFMSA) SCOPE və SCORE mübadilə proqramları çərçivəsində müxtəlif ölkələrdə klinik təcrübə və elmi tədqiqat imkanları əldə ediblər. Onlar Almaniya, Azərbaycan, Bosniya və Herseqovina, Braziliya, Çexiya, İndoneziya, Xorvatiya, Niderland, Macarıstan, Şimali Makedoniya, Malta, Moldova, Misir, Oman, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Slovakiya, Sloveniya, İspaniya, Tunis, Türkiyə və İordaniyada universitet, xəstəxana və araşdırma mərkəzlərində təcrübə keçiblər. Proqramlar tələbələrə müxtəlif ölkələrin səhiyyə sistemlərini yerində müşahidə etmək, peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək imkanı yaradıb.
Mübadilə proqramları, eyni zamanda, onların fərqli mədəniyyətləri tanımasına, beynəlxalq əlaqələr qurmasına və peşəkar şəbəkələrini genişləndirməsinə şərait yaradıb.






İlk şərhi yaza bilərsiniz