Press "Enter" to skip to content

Azərbaycan-Qazaxıstan hərbi mütəxəssislərinin görüşü

Azərbaycan-Qazaxıstan hərbi mütəxəssislərinin görüşü

BAYRAQDAR MEDİA – Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında “Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi üzrə qərargah danışıqları” keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə hər iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti, gələcək perspektivləri və bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbirdə, həmçinin 2027-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planının layihəsinə baxılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.