BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin(ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Respublika Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslər üçün növbəti tədbir təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbirin keçirilməsində məqsəd əlilliyi olan şəxslərin reabilitasiya prosesini yaradıcı fəaliyyətlər vasitəsilə dəstəkləmək, onların incə motorika bacarıqlarının bərpasına kömək etmək və sosiallaşmasını təmin etməkdir. Qeyd edək ki, Respublika Reabilitasiya Mərkəzi tərəfindən əlilliyi olan şəxslərə kompleks şəkildə tibbi, sosial-psixoloji və icma əsaslı reabilitasiya xidmətləri göstərilir. Mərkəzdə bu kateqoriyadan olan şəxslərin cəmiyyətə adaptasiyası və reabilitasiya imkanlarının genişləndirilməsi istiqamətində iş aparılır”.






İlk şərhi yaza bilərsiniz