Press "Enter" to skip to content

8 minə yaxın küçə heyvanı qoruma altındadır

Eskişehirin ümumi görünüşü

BAYRAQDAR MEDİA – Eskişehir Böyükşəhər Bələdiyyəsinin sədri Ayşe Ünlücə 4 Oktyabr Dünya Heyvanları Mühafizə Günü ilə bağlı açıqlama yayıb və şəhərdə küçə heyvanlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verib.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumata görə, A.Ünlücə bildirib ki, 2024-cü ildə Heyvanların Mühafizəsi Qanununa edilən dəyişiklikdən sonra bələdiyyə tərəfindən müvafiq tədbirlərə başlanılıb. 2026-cı ildə Heyvanlara Qulluq Evi və Təbii Yaşam Sahəsi layihəsinin istifadəyə verildiyini deyən Ünlücə 4 təbii yaşam sahəsi ilə birlikdə 8 minə yaxın itin qoruma altında olduğunu qeyd edib.

Onun sözlərinə görə, qısa müddətdə 3 min 300 heyvan sterilizasiya edilib, müxtəlif çağırışlar nəticəsində təxminən 500 küçə heyvanı yeni sahiblərinə verilib. Bələdiyyənin yem istehsalı müəssisəsində tullantı qidalardan yem hazırlanaraq tələbatın 20 faizinin qarşılandığı da bildirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.