BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müaviniAdnanErtemin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycan və Türkiyə arasında münasibətlərin qardaşlıq və strateji müttəfiqlik səviyyəsində olduğunu bildirib. Ölkələrimiz arasında digər sahələrdə olduğu kimi əmək və sosial müdafiə sahəsində əməkdaşlığın da daim inkişaf etdiyini və getdikcə genişlənməkdə olduğunu qeyd edib.
Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında son illər ölkəmizdə aparılan sosial islahatların nailiyyətləri barədə məlumat verən nazir bu islahatlar prosesində Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.
İki nazirlik arasında Birgə Daimi Komissiya tərəfindən əməkvə sosial müdafiə sahəsində əməkdaşlığın inkişafı üçün aparılan məqsədyönlü işlərin əhəmiyyəti diqqətə çatdırılıb. Müntəzəm təmasların və qarşılıqlı səfərlərin əlaqələrindərinləşməsinə mühüm töhfə verdiyi bildirilib.
AdnanErteməməkdaşlığın daim inkişaf etməsinin və genişlənməsinin məmnunluq doğurdunu, təcrübə mübadilələrinin aparılmasınınönəmini qeyd edib.
Görüşdə iki nazirlik arasında əməkdaşlıq gündəliyi, sosial müdafiə sahəsində əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.






İlk şərhi yaza bilərsiniz