Press "Enter" to skip to content

Radiasiya təhlükəsizliyinə dair növbəti tədbir

Radiasiya təhlükəsizliyinə dair növbəti tədbir

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətləri çərçivəsində nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərini davam etdirir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “növbəti belə tədbir Nazirliyin Şimal-Qərb Regional Mərkəzi ilə birgə təşkil olunub. Tədbirdə Mərkəzin əhatə etdiyi rayonların icra hakimiyyətlərinin nümayəndələri, ionlaşdırıcı şüalanma ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri, eləcə də FHN-in yerli qurumlarının təmsilçiləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Şimal-Qərb Regional Mərkəzinin rəis müavini Məmməd Bağırov maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb, ionlaşdırıcı şüalanma mənbələrindən təhlükəsiz istifadə, radiasiya təhlükəsizliyi tələblərinə əməl olunması və bu sahədə çalışan şəxslərin məlumatlılığının artırılmasının vacibliyini vurğulayıb. Mərkəzin rəis müavini, həmçinin regional səviyyədə aidiyyəti qurumlar arasında əməkdaşlığın və qarşılıqlı məlumat mübadiləsinin gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb”.

Ardınca xəbərdə, “Agentliyin rəis müavini Əkbər Quliyev Agentliyin fəaliyyəti, qarşıda duran məsələlər və regional mərkəzlərlə birgə həyata keçirilən tədbirlər barədə məlumat verib. Tədbirdə nüvə və radioloji fəaliyyət, nəzarət mexanizmləri, sahibsiz radioaktiv mənbələr, onların aşkar edilməsi zamanı qurumların fəaliyyətinin əlaqələndirilməsi, nüvə və radioloji qəza halları, eləcə də belə hallarda idarəetmə mexanizmləri müzakirə olunub. Tədbir zamanı Agentliyin əməkdaşları tərəfindən müvafiq mövzularda təqdimatlar edilib, videoçarxlar nümayiş olunub və iştirakçıların sualları ətraflı cavablandırılıb” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.