Press "Enter" to skip to content

Vətən müharibəsi əlillərinin məktəblilərlə görüşü

Vətən müharibəsi əlillərinin məktəblilərlə görüşü

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) təşkilatçılığı ilə Vətən müharibəsi əlilləri və məktəblilərin görüşü keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, ““Qəhrəmanlıqdan gələcəyə uzanan yol” adlı tədbir “Təhsildə sosial iş” xidməti çərçivəsində təşkil edilib. Görüşdə Vətən müharibəsi əlilləri Rəşad Aslanov, Ramin Şirinov, Cəsur Şirinov və Azad Allahverdiyev, həmçinin Bakı şəhəri 163 nömrəli tam orta məktəbin şagirdləri və müəllimləri iştirak ediblər. Görüş Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Məktəbin direktoru Aygün Məmmədova Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərdən danışıb, həmçinin müharibədə şəhidlik zirvəsinə ucalmış oğlu Cəmil Məmmədli haqqında xatirələrini bölüşüb”.

Ardınca xəbərdə, “Vətən müharibəsi əlilləri, keçdikləri döyüş yolundan və həmin günlərlə bağlı xatirələrindən danışıblar. Çıxışlarda gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasının, milli dəyərlərin aşılanmasının əhəmiyyəti vurğulanıb. Tədbir iştirakçılarına Agentliyin fəaliyyət istiqamətləri barədə də məlumatlar verilib, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən dövlət qayğısı və sosial müdafiə tədbirlərindən danışılıb. Sonda məktəblilərin vətənpərvərlik mövzusunda hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olunub” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.