Press "Enter" to skip to content

Xüsusi təyinatlı təhsil müəssisələrində bayram tədbirləri keçirilib

Tədbirdən foto

BAYRAQDAR MEDİA – Beynəlxalq Müəllimlər Günü münasibətilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində bayram tədbirləri keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Beynəlxalq Müəllimlər Gününün yaranma tarixi və Ulu Öndərin müvafiq Sərəncamına əsasən hər il ölkəmizdə bayram kimi qeyd edilməsi barədə tədbir iştirakçılarına məlumat veriblər.

Bildirilib ki, cəmiyyətin intellektual inkişafında müəllimlərin mövqeyi danılmazdır, məhz buna görə də xalqımız əsrlər boyu bu peşə sahiblərinə xüsusi ehtiram göstərib. Ölkəmizdə müəllimlər daima dövlət qayğısı ilə əhatə olunublar.

Sonda təhsilin inkişafında fərqlənən bir qrup müəllim heyəti təltif olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.