BAYRAQDAR MEDİA – Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə apararaq şəhidlik zirvəsinə ucalan qəhrəmanların xanımları ilə Türkiyədə “Türkiyə Qardaşlıq Görüşü” çərçivəsində görüş keçirilib.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında mövcud olan tarixi, mənəvi və qardaşlıq bağlarının əhəmiyyəti vurğulanıb. Türkiyədən olan qardaşlarımızın Azərbaycandan gələn qonaqları öz ailə üzvləri kimi qəbul etməsi iki ölkə xalqları arasındakı sarsılmaz həmrəyliyin və qarşılıqlı ehtiramın daha bir ifadəsi kimi dəyərləndirilib.
“Bir millət, iki dövlət” şüarı ətrafında formalaşan bu möhkəm mənəvi bağların gələcək nəsillərə də ötürülməsinin vacibliyi qeyd olunub. Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin yalnız dövlətlərarası əlaqələrlə məhdudlaşmadığı, xalqlarımızı birləşdirən dərin tarixi və mənəvi dəyərlərə söykəndiyi bildirilib.Görüşdə Azərbaycanın müstəqilliyi və torpaqlarımızın müdafiəsi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Qəhrəmanların fədakarlığının heç vaxt unudulmayacağı vurğulanıb. Azərbaycan–Türkiyə qardaşlığının, qarşılıqlı həmrəyliyin və sarsılmaz könül bağlarının əbədi davam etməsi arzulanıb.






İlk şərhi yaza bilərsiniz