BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Bakı Reabilitasiya Mərkəzinin sakinləri üçün Zəfər Muzeyinə ziyarət təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “səfər iştirakçıların Azərbaycanın zəngin tarixi, milli-mənəvi dəyərləri və 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər haqqında biliklərinin artırılması, eləcə də asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilib. Sakinlər Zəfər Muzeyində nümayiş etdirilən eksponatlar və müxtəlif tarixi materiallarla tanış olublar. Muzeyin əməkdaşları iştirakçılara ekspozisiyada təqdim olunan materiallar barədə ətraflı məlumat veriblər və onları maraqlandıran sualları cavablandırıblar”.






İlk şərhi yaza bilərsiniz