Press "Enter" to skip to content

DİM ICDL imtahanı təşkil edib

Son yeniləmə: 7 İyul 2021 19:11

Bayraqdar.info – Dövlət İmtahan Mərkəzində (DİM) Beynəlxalq Kompüter İşlətmə Lisenziyasının (ICDL – International Computer Driving Licence) “Professional” və “Workforce” proqramları üzrə imtahanı təşkil olunub.

DİM-dən bayraqdar.info-ya bildirilib ki, imtahan 45 dəqiqə müddətində aparılıb və 2 nəfər iştirak edib. Namizədlər ICDL-in diaqnostika və sertifikat imtahanlarının hər ikisində iştirak ediblər.

DİM qeyd edir ki, ICDL beynəlxalq imtahanlarının keçirilməsi üçün lisenziya DİM-ə 2020-ci ilin noyabr ayında verilib. DİM Azərbaycanda ICDL imtahanlarını təşkil edən yeganə akkreditasiya olunmuş test mərkəzidir.

ICDL 100-dən artıq ölkədə 14 milyondan çox insanın kompüterdən və kompüter proqramlarından istifadə etmək üçün lazım olan bilik və bacarıqlarını ölçən beynəlxalq dərəcəli sertifikatlaşdırma proqramıdır. Namizədlər ixtisas və peşə tələblərinə uyğun olaraq ICDL-in müvafiq modullarından imtahan verib sertifikat ala bilirlər.

Mission News Theme by Compete Themes.