Press "Enter" to skip to content

I sinfə qəbulla bağlı apellyasiya müraciətlərinə başlanılır

Bayraqdar.info – İyulun 5-dən Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbulla bağlı müsabiqələrə başlanılıb. Təhsil Nazirliyindən verilən xəbərə görə, müsabiqələr 15 iyul tarixinədək davam edəcək.

Övladının müsabiqə nəticəsindən narazı olan valideynlərin apellyasiya müraciətlərini təqdim etmələri üçün Təhsil Nazirliyi tərəfindən mqtn-apellyasiya@edu.gov.az elektron poçt ünvanı yaradılıb.

Valideynlər iyulun 8-dən 16-dək adıçəkilən elektron poçt ünvanına müraciət edə bilərlər.

Mission News Theme by Compete Themes.