Press "Enter" to skip to content

Kayrat Osmonaliyev: Azərbaycanla münasibətləri daha da irəli götürəcəyik – VİDEO

Bayraqdar.info – Qırğızıstanın Azərbaycana təyin olunmuş səfiri Kayrat Osmonaliyev iyulun 4-də verdiyi geniş müsahibədə iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə çıxarılmasının vacibliyindən danışıb.

Bayraqdar.info-nun Orta Asiyadakı media tərəfdaşları olan Media TürkelGolden Bridge News-a danışan səfir həmkarımız Ramiz Məşədihəsənlinin bir sıra suallarını ətraflı cavablandırıb.

Yeni səfir iki ölkə arasındakı münasibətlərdə müəyyən dövrlərdə hətta soyuqluğun yarandığını da xatırladaraq əlavə edib ki, bir daha belə halların yaşanmaması üçün çalışmaq lazımdır.

K.Osmonaliyev iyulun 1-2-də Qırğızıstan xarici işlər naziri Ruslan Kazakbayevin Azərbaycana etdiyi səfər çərçivəsində keçirdiyi görüşlərə də ayrıca toxunub. O, bildirib ki, Azərbaycan tərəfinin Qırğızıstanlı nazirə göstərdiyi yüksək diqqət münasibətlərin də yüksək olmasından xəbər verir.

Bir sıra başqa maraqlı məqamlara da toxunulan müsahibədən belə qənaətə gəlmək olar ki, səfir ölkəsilə Azərbaycan arasında münasibətlərdə yeni və daha dinamik səhifənin açılmasına vasitəçi olmaqda qərarlıdır.

Əlavə edək ki, K.Osmonaliyev hələlik bəzi bürokratiya məsələlərinin həllilə məşğul olduğu üçün Azərbaycana gəlməyib. Lakin onun səfir təyinatı artıq Qırğızıstan Prezidenti Sadır Caparov tərəfindən də təsdiqlənib. Sözügedən müsahibə Bişkekdə təşkil edilib.

Mission News Theme by Compete Themes.