Bayraqdar.info – İstanbulda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 11-də bu şəhərdə Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırəlini qəbul edib.
Bu haqda xəbəri bayraqdar.info-ya BTA-dan veriblər.
Xəbərdə deyilir ki, Türk Keneşi Xarici İşlər Nazirləri Şurasının 8-ci Toplantısı çərçivəsində baş tutan görüşdə C.Bayramov BTA-nın fəaliyyətini yüksək qiymətləndirib və onun türk dövlətləri arasında təhsil, elm, mədəniyyət istiqamətində əməkdaşlıqda rolunu təqdir etdiyini bildirib.
“BTA ilə bağlı müvafiq çoxtərəfli sənədlərin imzalanması prosesinin başa çatmasından məmnuniyyət ifadə edən nazir bundan sonra təşkilatın daha aktiv fəaliyyət göstərəcəyinə inandığını, bu istiqamətdə Azərbaycan tərəfinin hər cür dəstəyə hazır olduğunu ifadə edib.
“BTA-nın prezidenti D.Kıdırəli Qarabağ zəfərinin birinci ildönümü münasibətilə təbriklərini çatdırıb və bu qələbənin bütün Türk dünyasının ortaq zəfəri olduğunu bildirib. O, eyni zamanda təşkilatın fəaliyyətinə göstərdiyi yüksək səviyyəli dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib, həyata keçirilməkdə olan və nəzərdə tutulan layihələr barədə məlumat verib.
“Xarici işlər nazirinə 10-cu əsrdə, Qaraxanlı dövləti dövründə ilk dəfə qədim Türk dilinə çevrilən və BTA tərəfindən çap olunan müqəddəs Qurani-Kərim kitabı təqdim edilib”, – deyə xəbərdə bildirilir.





