Bayraqdar.info – Xəbər verdiyimiz kimi, noyabrın 11-də İstanbulda Türk Keneşinə üzv dövlətlərin Xarici İşlər Nazirlərinin Şurası öz toplantısını keçirir. Toplantı öncəsi nazirlər arasında rəsmi və qeyri-rəsmi görüşlər də olub. Lakin ən diqqət çəkən məqam odur ki, Türkmənistan dövləti də ilk dəfə olaraq bu Şuranın toplantısına qatılır.
Türkmənistanı Xarici İşlər Nazirləri Şurasının bu toplantısında ilk təmsil edən də nazir Raşid Meredovdur. Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu onunla toplantı öncəsi keçirdiyi görüşün ardından bu xəbəri sevinclə paylaşaraq yazıb: “Türk Keneşi Zirvəsinə ilk dəfə müşahidəçi üzv olaraq qatılan qardaş Türkmənistanın xarici işlər naziri Raşid Meredov ilə görüşdüm. Türkmənistanın qatılımıyla Türk Keneşinin ailə fotosu tamamlandı. Xoş gəldin, Türkmənistan!”
Türk Konseyi Zirvesi’ne ilk kez gözlemci üye olarak katılan kardeş #Türkmenistan’ın Dışişleri Bakanı Raşid Meredov ile görüştüm. Türkmenistan’ın katılımıyla Türk Konseyi’nin aile fotoğrafı tamamlandı. 🇹🇷🇹🇲#HoşgeldinTürkmenistan!
@TurkicCouncil pic.twitter.com/Ck0TZHMXWk
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) November 11, 2021
Əlavə edək ki, hazırda mövcud olan 7 bağımsız türk dövlətindən 6-sı artıq Türk Keneşində birləşmiş sayılır. Yalnız Kuzey Kıbrıs Türk Cümhuriyyəti hələlik məlum səbəblərdən bu birliyə qoşula bilmir. Lakin o dövlətin də yaxınlarda ümumi türk ailəsinə birləşməsi yönündə işlərin görüldüyü haqqında xəbərlər gəlməkdədir.
Bu arada onu da qeyd edək ki, M.Çavuşoğlu Xarici İşlər Nazirləri Şurasının 11 noyabrdakı toplantısındakı çıxışında bir sıra məsələlər haqqında məlumat verib. O, eyni zamanda bildirib ki, artıq noyabrın 12-də keçiriləcək Zirvədə qurumun adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olacaq.
#Canlı 📡
8. Türk Konseyi Zirvesi Dışişleri Bakanları Konseyi Toplantısı
📍İstanbul https://t.co/AkeSfKVfNx
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) November 11, 2021





