Press "Enter" to skip to content

Müasir heyvandarlıq kompleksi istifadəyə veriləcək

Bayraqdar.info – Noyabrın 12-də Azərbaycanda ilk dəfə olaraq müasir heyvandarlıq kompleksi istifadəyə veriləcək. Qobustanda yerləşən heyvandarlıq kompleksi sərgi salonundan, auksion mərkəzindən, ferma, sağım məntəqəsi, heyvanlara tibbi yardım məntəqəsi və s. funskional binalardan ibarətdir.

Bu barədə bayraqdar.info-ya noyabrın 11-də “Aqroservis” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, tədbir çərçivəsində Azərbaycanda ilk dəfə olaraq auksion mərkəzində yerli damazlıq təsərrüfatlarda yetişdirilən heyvanlarla yanaşı, Avropadan gətirilən heyvanlar da satışa çıxarılacaq.

Bu müasir kompleks cins heyvanların alqı-satqısı zamanı bütün prosesləri fermerlər üçün daha əlçatan edəcək. Belə ki, bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçiriləcək.

“Açılış mərasimində kənd təsərrüfatı nazirinin müavini, KTN-nin tabeli qurumlarının rəhbərləri, heyvandarlıq təsərrüfatı ilə məşğul olan fermerlər və digər qonaqlar iştirak edəcək. Mərasimdə kompleksin bütün xidmət fəaliyyətləri əyani nümayiş olunacaq və canlı olaraq auksiyonda heyvan satışı həyata keçiriləcək” , – deyə, məlumatda vurğulanıb.

Mission News Theme by Compete Themes.