Press "Enter" to skip to content

Prezident BP qrupunun baş icraçı direktorunu qəbul edib

Bayraqdar.info – Prezident İlham Əliyev noyabrın 11-də BP qrupunun baş icraçı direktoru Bernard Lunini qəbul edib.

Xəbəri noyabrın 11-də Prezidentin Mətbuat xidməti yayıb.

BP qrupunun baş icraçı direktoru Bernard Luni son görüşdən keçən dövr ərzində Azərbaycanın əldə etdiyi uğurlar münasibətilə dövlətimizin başçısının təbrik edib. Təbriklərə görə minnətdarlığını bildirən Prezident İ. Əliyev Cənub Qaz Dəhlizi ilə bağlı əldə edilmiş birgə uğurlar münasibətilə Bernard Lunini təbrik edib və bu layihənin Azərbaycanla BP şirkətinin birgə səyləri nəticəsində əldə oldunduğunu bir daha vurğulayıb.

Görüşdə bildirilib ki, BP şirkəti Azərbaycanla SOCAR şirkəti ilə dünyada ən güclü tərəfdaşlıq əlaqələrinə malikdir. Öz növbəsində Azərbaycanın da ən möhkəm tərəfdaşlığı BP şirkəti ilədir.

Söhbət zamanı BP şirkətinin bərpa olunan enerjiyə göstərdiyi marağın Azərbaycanın enerji strategiyasına uyğun gəldiyi qeyd edilib. BP şirkətinin işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji ilə bağlı planlarının əhəmiyyətinə toxunulub.

“Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.