Press "Enter" to skip to content

Qırğızıstan Türk Akademiyasıyla bağlı sənədləri imzaladı

Prezident Sadır Caparov

Bayraqdar.info – Qırğızıstan Prezidenti Sadır Caparov Beynəlxalq Türk Akademiyasının maliyyə qaydaları ilə bağlı Razılaşma haqqında qanunu imzalayıb. Bundan başqa ölkə başçısı üzv dövlətlərin Akademiyanın büdcəsinə ödəniş öhdəlikləri ilə bağlı Protokolu da imzalayıb.

Bu haqda xəbəri bayraqdar.info-ya noyabrın 11-də Prezidentin Administrasiyasından veriblər.

Qeyd edək ki, sözügedən Razılaşma 2 sentyabr 2018-ci ildə Bişkekdə qabul edilib. Protokol isə 28 noyabr 2020-ci ildə İstanbulda razılaşdırılıb.

Hər iki sənəd Türk Keneşinə üzv dövlətlərin birgə qurduğu Beynəlxalq Türk Akademiyasının maliyyələşdirilməsi məsələlərini əhatə edir. Bəlli olduğu kimi, Akademiya qurucu dövlətlər tərəfindən maliyyələşdirir.

Mission News Theme by Compete Themes.